Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Yeni mövsümə və tura Yevlaxda baş tutan “Karvan” – “Mingəçevir” oyunu ilə start verilib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri darmadağına seviniblər.
Matçın gedişində iki komandanın futbolçuları arasında dava da düşüb. Buna “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi səbəb olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb. Matçın baş hakimi bu davaya görə iki futbolçuya – Müşfiq Teymurovla “Mingəçevir”li Elçin Qasımova qırmızı vərəqə göstərib. İki dəqiqə sonra qonaq komandanın heyətində Elvin Əlizadə də meydandan qovulub.
İlk turun qalan oyunları qarşıdakı iki gündə keçiriləcək.
Birinci Liqa
1-ci tur
13 sentyabr
“Karvan” – “Mingəçevir” 4:1
Qollar: Akif Tağıyev, 45+1-pen. İzzət Müştaqov, 55. Elvin İsmayılov, 57. Peter Kinqs, 88 – Elnur Mirzəyev, 71.
Qırmızı vərəqə: Müşfiq Teymurov, 65 – Elçin Qasımov, 65. Elvin Əlizadə, 67.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:30.
14 sentyabr
“Zaqatala” – “İrəvan”
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.
“Difai Ağsu” – MOİK
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Ağsu şəhər stadionu, 16:30.
“Araz Saatlı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Saatlı OİK stadionu, 17:00.
15 sentyabr
“Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 17:00.


