Lukas Melano rəsmən “Neftçi”də – Video

“Neftçi” keçidi transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşan argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir. 30 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdes, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə də müqavilə bağlamışdı. Melano paytaxt klubunun bu yay 11-ci transferi olub.

Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç, Solomon Kvirkveliya, Asim Əlizadə, Elşad Tağıyev və Ömər Qurbanov da komandanı tərk ediblər. Xəyal Nəcəfov (“Turan Tovuz”a), Vüsal Əsgərov və Seymur Əliyev isə (hər ikisi “İrəvan”a) icarəyə verilib.

İvan Brkiç, Emin Mahmudov və İsmayıl Zülfüqarlı ilə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: