Emin Cəfərov “Qalatasaray” – “Kopenhagen” matçına təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Arena.az xəbər verir ki, bu barəfə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Gənclər Liqasının qrup mərhələsinın 1-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Kopenhagen” (Danimarka) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Kopenhagen” matçı sentyabrın 20-də İstanbulda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: