“Gəncə” daha üç rusiyalı voleybolçu gətirdi

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini daha 3 legionerlə gücləndirib.

Arena.az xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisi üç rusiyalı voleybolçu – Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, hər üç voleybolçu ilə müqavilənin müddəti birillikdir.

Yuliya Tyuşeva son olaraq Rusiyanın “Voronej”, Anna Balberova “Derjava”, Arina Qotselyuk isə “Murom” klublarında çıxış ediblər.

Xatırladaq ki, “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı oyunçu Fernanda Melo, Serbiya voleybolçusu Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşmışdı. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: