Ronaldo vəftiz olundu: “İman həyatımın əsas hissəsidir”

Braziliya millisinin sabiq, məşhur hücumçusu, ikiqat dünya çempionu “Yekədiş” ləqəbli superulduz Ronaldo 46 yaşında vəftiz olunub

Arena.az bu barədə Ronaldonun “Instagram” hesabına istinadən məlumat verir.

“Yekədiş” Madriddəki San-Xose Katolik Kilsəsində vəftiz mərasimini qəbul edib.

“Bu gün xüsusi bir gündür. Mən vəftiz olundum! Hələ vəftiz olunmamış olsam da, uşaqlıqdan bəri xristian imanı həmişə həyatımın əsas hissəsi olub.

Müqəddəs mərasim (and və öhdəlik – sakrament – redaktorun qeydi) sayəsində özümü Allahın övladı kimi həqiqətən yenidən doğulmuş hiss edirəm – necəsə yeni, daha şüurlu və dərin bir şəkildə.

İsanın məhəbbətinə inanaraq öz iradəmlə yaxşılıq yolu ilə getməyə sadiq olduğumu bir daha təsdiq edirəm”, – Ronaldo özünün “Instagram” hesabı üzərindən paylaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: