Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Fatih Karagümrük” doğma meydanda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni komandası “Hatayspor”u sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.
“Sivasspor” isə “Ankaragücü” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 5 turdan sonra “Fənərbaxça” 12 xalla vahid liderdir. “Qalatasaray”la “Rizəspor” 10, “Trabzonspor” və “Kayserispor” 9 xal toplayıblar. “Adana Dəmirspor”la “Konyaspor”un 8, “Hatayspor”, “Alanyaspor” və “Beşiktaş”ın 7, “Kasımpaşa”nın 6 xalı var.
Türkiyə, Super Liqa
5-ci tur
16 sentyabr
Kayserispor – Qaziantep 2:0
Qollar: Tiam, 6-pen; 89.
Konyaspor – Rizəspor 1:2
Qollar: U.Yazgili, 34 – Sauer, 89-pen. Qaiç, 90+2.
Adana Dəmirspor – Pendikspor 3:0
Qollar: Nyanq, 15; 41. E.Akbaba, 88.
Qalatasaray – Samsunspor 4:2
Qollar: K.Aktürkoğlu, 7; 29. A.Bardakçı, 42. İkardi, 67 – Dimata, 46. Holse, 60.
17 sentyabr
Fənərbaxça – Antalyaspor 3:2
Qollar: Dzeko, 45+1. İ.C.Kahveçi, 56. Şimanski, 80 – Buksa, 31; 64.
İstanbulspor – Başakşəhər 0:2
Qollar: Pelkas, 52. Fiqeyredo, 90.
Alanyaspor – Kasımpaşa 3:3
Qollar: Kordova, 18. Novais, 24; 51 – Fall, 45+2. A.Kara, 79. Ben Uanes, 87.
Trabzonspor – Beşiktaş 3:0
Qollar: Onuaçu, 29. Bakasetas, 41. Vişça, 61.
18 sentyabr
Fatih Karagümrük – Hatayspor 0:0
Sivasspor – Ankaragücü 1:3
Qollar: Says, 18 – Morutan, 31. T.Cigerci, 66. Cephas, 90+6.


