“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, “şəhərlilər”in Çempionlar Liqasında məqsədi qrup mərhələsini adlamaqdır.
Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən Qvardiolanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Hər mövsümdə hər şey yarışın ilk oyunundan başlayır. Bizim məqsədimiz bu oyunda qalib gəlib qrupdan çıxmaqdır. Bu isə bizim ötən mövsüm Çempionlar Liqasını qazanmağımızdan, dəyişməyəcək”, deyə Qvardiola peşəkar mövqeyini nümayiş etdirib.
Xatırladaq ki, ötən mövsüm “Pep”in rəhbərliyi altında “Mançester Siti” “trebl”ə imza atmış – İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanmışdı.
2023/2024 mövsümü Çempionlar Liqasında “Mançester Siti” “G” qrupunda Serbiyanın “Srvena Zvezda”, Almaniyanın “Leypsiq” və İsveçrənin “Yanq Boyz” komandaları ilə mübarizə aparacaq.


