Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup üzrə 8 qarşılaşma baş tutacaq.
E qrupunda “Latsio” doğma meydanda Madrid “Atletiko”sunu sınağa çəkibsə, “Feyenoord” “Seltik”i qəbul edib. İtaliyada heç-heçə qeydə alınıb. Niderlandda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.
F qrupunda İtaliyanın digər təmsilçisi “Milan” “Nyukasl”la üz-üzə gəlib. Bu oyun da qolsuz bitib. Qrupun digər oyununda Fransa nəhəngi PSJ Dortmund “Borussiya”sı ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
G qrupunda Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti” Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılıb. “Şəhərlilər” bu görüşdən əzmkar qələbə ilə ayrılıblar. Qrupun digər oyunu “Yanq Boyz”la “Leypsiq” arasında baş tutub. Bu görüşdə isə qonaqlar inamlı qələbə qazanıblar.
H qrupunda isə İspaniya çempionu “Barselona” “Antverpen”i, Donetsk “Şaxtyor”u da “Portu”nu qəbul edib. Kataloniyada meydan sahibləri darmadağına seviniblər. Portuqaliya təmsilçisi isə səfərdə inamlı qələbə əldə edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun qalan oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
19 sentyabr
E qrupu
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
Qol: Provedel, 90+5 – Barrios, 29.
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
Qollar: Stenqs, 45+2. Cahanbaxş, 76.
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
Qollar: Mbappe, 49-pen. Hakimi, 58.
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leypsiq” (Almaniya) 1:3
Qollar: Elia, 33 – Simakan, 3. Şlager, 73. Şeşko, 90+2.
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
Qollar: X.Alvares, 47; 60. Rodri, 73 – Bukari, 45.
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
Qollar: J.Feliks, 11; 66. Levandovski, 19. Bataille, 22-öz qapısına. Qavi, 54.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qollar: Kelsi, 13 – Qaleno, 8; 15. Taremi, 29.


