Bundesliqa: “Bayern”dən “Bohum”a 7 cavabsız qol! – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Mönhenqladbah “Borussiya”sı doğma meydanda “Leypsiq”ə, “Union Berlin” isə “Hoffenhaym”a uduzub.

“Verder” “Köln”ü, “Auqsburq” “Maynts”ı məğlub yola salıb. Dortmund “Borussiya”sı da doğma meydanda “Volfsburq”u tək qolla yenib.

Son çempion “Bayern” isə “Bohum”la ev oyununda 7:0 hesabıyla gəlib.

5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
5-ci tur
22 sentyabr

Ştutqart – Darmştadt 3:1
Qollar: Millot, 22. Jirassi, 32; 90+2 – Zaqadu, 17-öz qapısına.

23 sentyabr

Auqsburq – Maynts 2:1
Qollar: Demiroviç, 15; 45 – Ayorke, 6.

Borussiya (Mönhenqladbah) – Leypsiq 0:1
Qol: Verner, 75.

Bayern – Bohum 7:0
Qollar: Şupo-Motinq, 4. Keyn, 13; 54-pen; 88. De Liqt, 29. Sane, 38. Tel, 81.

Borussiya (Dortmund) – Volfsburq 1:0
Qol: Roys, 68.

Union Berlin – Hoffenhaym 0:2
Qollar: Kramariç, 22. Bayer, 38.

Verder – Köln 2:1
Qollar: Borre, 38. Njinma, 67 – Selke, 31.

24 sentyabr

17:30. Bayer – Haydenhaym
19:30. Ayntraxt – Frayburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: