Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 5-ci turunun sonuncu oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi – “Bayer” doğma meydanda “Haydenhaym”la qarşılaşıb və böyük hesabla qalib gəlib.
Turun son matçında isə “Ayntraxt”la “Frayburq” qarşılaşıblar. Bu komandaların görüşü qolsuz başa çatıb.
Beləliklə, 5 turdan sonra 13 xala malik “Bayern”lə “Bayer” zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq” və “Hoffenhaym” 12 xal toplayıblarsa, Dortmund “Borussiya”sı 11 xalla 6-cı pillədə qərarlaşıb. “Volfsburq”un 9, “Ayntraxt”la “Frayburq”un 7, “Union Berlin”lə “Verder”in 6, “Auqsburq”un 5, “Haydenhaym”ın 4, “Bohum”un 3, Mönhenqladbah “Borussiya”sının 2 xalı var. “Köln”, “Darmştadt” və “Maynts” isə hərəyə 1 xal toplayıblar.
Almaniya, Bundesliqa
5-ci tur
22 sentyabr
Ştutqart – Darmştadt 3:1
Qollar: Millot, 22. Jirassi, 32; 90+2 – Zaqadu, 17-öz qapısına.
23 sentyabr
Auqsburq – Maynts 2:1
Qollar: Demiroviç, 15; 45 – Ayorke, 6.
Borussiya (Mönhenqladbah) – Leypsiq 0:1
Qol: Verner, 75.
Bayern – Bohum 7:0
Qollar: Şupo-Motinq, 4. Keyn, 13; 54-pen; 88. De Liqt, 29. Sane, 38. Tel, 81.
Borussiya (Dortmund) – Volfsburq 1:0
Qol: Roys, 68.
Union Berlin – Hoffenhaym 0:2
Qollar: Kramariç, 22. Bayer, 38.
Verder – Köln 2:1
Qollar: Borre, 38. Njinma, 67 – Selke, 31.
24 sentyabr
Bayer – Haydenhaym 4:1
Qollar: Bonifase, 9; 74-pen. Hofmann, 63. A.Adli, 82 – E.Dinkci, 58.
Ayntraxt – Frayburq 0:0


