Maurisio Poçettino: “Mənə vaxt verin”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın Premyer Liqanın 6-cı turunda evdə “Aston Villa”ya məğlubiyyətini şərh edib.

Arena.az “FourFourTwo” dərgisinə istinadən argentinalı mütəxəssisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənə vaxt verin, çünki oyundan sonra klub sahiblərini görmədim. Əlbəttə, onlar məyusdurlar, amma eyni zamanda onlar planı dəstəkləməlidirlər”, deyə “Poç” söhbəti uzatmaqdan danşınıb.

“Çelsi” 6 turdan sonra 5 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşıb. “Zadəganlar” gözlənilənlərin əksinə, çox bərbad çıxış edirlər. Poçettinonun yetirmələri cəmi bir qələbə qazanıblar, 2 oyunda heç-heçə ediblər və 3 məğlubiyyət alıblar. “Zadəganlar”ın top fərqi 5:6 nisbətindədir.

“Aston Villa” isə “Çelsi” üzərində səfər qələbəsi ilə xalını 12-yə çatdırıb və turnir cədvəlində 6-cı pillədədir.

Premyer Liqada Xosep Qvardiolanını “Mançester Siti”si liderlik edir.

Maurisio Poçettino bu ilin yayından “Çelsi”yə rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: