Super Liqa: “Qaziantep” Samsundan qələbə ilə döndü

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Samsunspor” və “Qaziantep” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

7-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
7-ci tur
29 sentyabr

Samsunspor – Qaziantep 1:2
Qollar: Ntçam, 90+3-pen – Draquş, 3. Yevtoviç, 17.

30 sentyabr

14:30. Sivasspor – Hatayspor
17:00. İstanbulspor – Antalyaspor
17:00. Trabzonspor – Pendikspor
20:00. Qalatasaray – Ankaragücü

1 oktyabr

14:00. Fatih Karagümrük – Kasımpaşa
17:00. Fənərbaxça – Rizəspor
20:00. Adana Dəmirspor – Alanyaspor
20:00. Konyaspor – Beşiktaş

2 oktyabr

21:00. Kayserispor – Başakşəhər

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: