Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Sivasspor” – “Hatayspor” matçında qapılara qol vurulmayıb. Qonaq komandanın heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov son yarım saatda meydanda olub.
Üç qolun qeydə alındığı “İstanbulspor” – “Antalyaspor” matçında qonaqlar qalib gəliblər.
“Trabzonspor” doğma meydanda “Pendikspor”u, son çempion “Qalatasaray” isə “Ankaragücü”nü eyni hesabla (2:1) məğlub edib.
7-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
7-ci tur
29 sentyabr
Samsunspor – Qaziantep 1:2
Qollar: Ntçam, 90+3-pen – Draquş, 3. Yevtoviç, 17.
30 sentyabr
Sivasspor – Hatayspor 0:0
İstanbulspor – Antalyaspor 1:2
Qollar: Ethemi, 26 – Buksa, 50; 60.
Trabzonspor – Pendikspor 2:1
Qollar: Onuaçu, 3. Bakasetas, 27 – E.Çekici, 36.
Qalatasaray – Ankaragücü 2:1
Qol: Zaha, 56. Bilazer, 60-öz qapısına – Cephas, 48.
1 oktyabr
14:00. Fatih Karagümrük – Kasımpaşa
17:00. Fənərbaxça – Rizəspor
20:00. Adana Dəmirspor – Alanyaspor
20:00. Konyaspor – Beşiktaş
2 oktyabr
21:00. Kayserispor – Başakşəhər


