Bundesliqa: “Darmştadt”la “Frayburq”dan inamlı qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 6-cı turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Darmştadt” – “Verder” matçında meydan sahibləri qalib gəliblər. “Frayburq” da “Auqsburq”la ev oyunundan qalib ayrılıb.

Beləliklə, 6 turdan sonra 16 xala malik “Bayer” vahid liderdir. “Ştutqart” 15 xalla ikincidirsə, “Bayern” və Dortmund “Borussiya”sının 14 xalı var. “Leypsiq” 13, “Hoffenhaym” və “Volfsburq” 12, “Frayburq” 10, “Ayntraxt” və “Haydenhaym” 7, “Union Berlin” və “Verder” 6, Mönhenqladbah “Borussiya”sı və “Auqsburq” 5, “Darmştadt” 4, “Bohum” isə 3 xal toplayıb. 1 xala malik “Köln” və “Maynts” da son iki pilləni bölüşürlər.

Almaniya, Bundesliqa
6-cı tur
29 sentyabr

Hoffenhaym – Borussiya (Dortmund) 1:3
Qollar: Kramariç, 25-pen – Fullkruq, 18. Roys, 45+3. Ryerson, 90+5.

30 sentyabr

Bohum – Borussiya (Mönhenqladbah) 1:3
Qollar: Losilla, 68 – Noyhaus, 27. Plea, 37; 45+3.

Köln – Ştutqart 0:2
Qollar: Undav, 68; 88.

Haydenhaym – Union Berlin 1:0
Qol: Beste, 59.

Maynts – Bayer 0:3
Qollar: Van den Berq, 18-öz qapısına. Qrimaldo, 59. Hofmann, 65.

Volfsburq – Ayntraxt 2:0
Qollar: Vind, 31; 84.

Leypsiq – Bayern 2:2
Qollar: Openda, 20; 26 – Keyn, 57-pen. Sane, 70.

1 oktyabr

Darmştadt – Verder 4:2
Qollar: Bader, 5. Skarke, 25. Mehlem, 50. Kempe, 62-pen – Deman, 70. Velikoviç, 79.

Frayburq – Auqsburq 2:0
Qollar: Qrifo, 5-pen. Linhart, 56.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: