Rəşad Sadıqov üçün Premyer Liqada 100-cü oyun

“Zirə”ni çalışdıran Rəşad Sadıqov futbol üzrə Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.

Onun yubileyi Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 8-ci turunda gerçəkləşib. “Araz-Naxçıvan”la səfər görüşündə onun yetirmələri 0:1 hesabı ilə uduzublar.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/2021 və 2021/2022 mövsümlərinin hərəsində 28, ötən çempionatda 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Xatırladaq ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: