17 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası formatında təşkil olunan bu seçmə mərhələdəki ilk oyununda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Xorvatiyada təşkil olunan matç 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Azərbaycan seçmə mərhələdə növbəti oyununu oktyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Hansı ki, meydan sahibləri ilk turda Malta ilə oyunda 8:0 hesablı qələbəyə seviniblər.
AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
2 oktyabr
Azərbaycan – Lüksemburq 0:1
Qol: Lena Alves, 75.
Baş hakim: Eirini Pingiu (Yunanıstan).
Baş hakimin köməkçiləri: Vasilia Tsiklitari (Yunanıstan), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
Zaqreb. “Lucko” stadionu. Saat 17:30.
Azərbaycan: 1. Nərgiz Ağaliyeva, 2. Məsumə Nəzərli (k), 4. Arzu Cəfərova, 5. Aygün Novruzova, 7. Pərişan Abdullayeva, 8. Ləman Əliyeva, 9. Vahidə Əlipaşayeva, 10. Ülviyyə İslamova, 11. Səma Əsədova (19. Ella Əmirova, 65), 16. Xanım Əsədova, 20. Bədriyyə Mövludova.
Ehtiyat oyunçular: 12. Firuzə Bayramova, 3. Günay Sultanlı, 6. Adelina Ağayeva, 13. Arzu Ağaliyeva, 14. Yelizaveta Vaysman, 15. Mədinə Jiqurova, 17. Natella Məmmədova, 18. Aida Oksina.
Baş məşqçi: Nərgiz Qurbanova.
Lüksemburq: 1. Şröder Lilli Sofie, 4. Zoe Teyşeyra (15. Martina Palazzo, 82), 5. Qloriya Diderix, 6. Ella Şmit, 7. Lena Alves (14. Lana Beffort, 82), 9. Eva Marinelli, 10. Anna Mini (k), 11. Oliviya Konsbruk (13. Çarlie Maqalhaes Jorge, 46), 16. Joana Fernandes Ribeyro, 17. Quendi Merlevede (8. Maylis Tavares Kabral, 68), 19. Federika Morvilli (18. Karolina Souza De Barbosa, 68).
Ehtiyat oyunçular: 2. Suzanna Arina Laurene Raa Ten, 3. Janne Flammanq, 12. Marie Şeyna Pereyra, 20. Jenni Maqalhaes Soares.
Baş məşqçinin köməkçisi: Da Silva Korreyra Kristina.


