“Azərreyl” Ukrayna klubu ilə hər iki matçı Bakıda keçirəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/32 final mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu raundda “Azərreyl” ilə Ukrayna təmsilçisi “Balta” arasında keçiriləcək hər iki matç tərəflərin razılığına əsasən Bakıda baş tutacaq.

Azərbaycan klubu rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal meydan sahibi olacaq. Azərbaycan Voleybol Mərkəzində keçiriləcək hər iki görüşə saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: