Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutacaq.
E qrupunda Madrid “Atletiko”su “Feyenoord”u, “Seltik” “Latsio”nu qəbul edəcək.
Günün ən maraqlı görüşlərindən biri Almaniyada yerli Dortmund “Borussiya”sı ilə “Milan” arasında baş tutacaq. Qrupun digər matçında “Nyukasl” PSJ-ni sınağa çəkəcək.
G qrupunda “Leypsiq”lə “Mançester Siti”nin duelinə maraq böyükdür. Digər oyun “Srvena Zvezda” ilə “Yanq Boyz” arasında olacaq.
H qrupunda isə “Antverpen” Donetsk “Şaxtyor”unu, “Porto” da İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
4 oktyabr
E qrupu
20:45. “Atletiko” (Madrid, İspaniya) – “Feyenoord” (Niderland)
23:00. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya)
F qrupu
23:00. “Nyukasl” (İngiltərə) – PSJ (Fransa)
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya)
G qrupu
23:00. “Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə)
H qrupu
20:45. “Antverpen” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Porto” (Portuqaliya) – “Barselona” (İspaniya)


