Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutub.
E qrupunda Madrid “Atletiko”su “Feyenoord”u, “Seltik” “Latsio”nu qəbul edub. İtaliya təmsilçisi səfərdə, İspaniya klubu ilə evdə əzmkar qələbəyə sevinib.
Günün ən maraqlı görüşlərindən biri Almaniyada yerli Dortmund “Borussiya”sı ilə “Milan” arasında baş tutub. Amma qarşılaşma qolsuz yekunlaşıb. Qrupun digər matçında “Nyukasl” PSJ-ni sınağa çəkib. Paris klubu bu görüşdə gözlənilməz darmadağınla üzləşib.
G qrupunda “Leypsiq”lə “Mançester Siti”nin duelinə maraq böyük idi. Çempionlar Liqasının sonuncu qalibi bu oyundan da qələbə ilə ayrılıb. Digər oyun “Srvena Zvezda” ilə “Yanq Boyz” arasında olub. Tərəflər dörd qolluq matçdan hərəyə 1 xalla ayrılıblar.
H qrupunda isə “Antverpen” Donetsk “Şaxtyor”unu, “Porto” da İspaniya nəhəngi “Barselona”nı qəbul edib. Hər iki oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
4 oktyabr
E qrupu
“Atletiko” (Madrid, İspaniya) – “Feyenoord” (Niderland) 3:2
Qollar: Morata, 12; 47. Qrizmann, 45+4 – Ermoso, 7-öz qapısına. Hansko, 34.
“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) 1:2
Qollar: Furuhaşi, 12 – Vesino, 29. Pedro, 90+5.
Xal: Atletiko – 4. Latsio – 4. Feyenoord – 3. Seltik – 0.
F qrupu
“Nyukasl” (İngiltərə) – PSJ (Fransa) 4:1
Qollar: Almiron, 17. Börn, 39. Lonqstaff, 50. Şer, 90+1 – L.Hernandes, 56.
“Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya) 0:0
Xal: Nyukasl – 4. PSJ – 3. Milan – 2. Borussiya – 1.
G qrupu
“Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 1:3
Qollar: Openda, 48 – Foden, 25. X.Alvares, 84. Doku, 90+2.
“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) 2:2
Qollar: Ndiaye, 35. Bukari, 88 – Uqriniç, 48. İtten, 61-pen.
Xal: Mançester Siti – 6. Leypsiq – 3. Yanq Boyz – 1. Srvena Zvezda – 1.
H qrupu
“Antverpen” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3
Qollar: Muya, 3. Balikvişa, 33 – Sikan, 48; 76. Rakitski, 71.
“Porto” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qol: F.Torres, 45+1.
Xal: Barselona – 6. Portu – 3. Şaxtyor – 3. Antverpen – 0.


