Çempionlar Liqasında hesabı açmasına peşman olanlar

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin 2-ci turunun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib.

Arena.az xəbər verir ki, turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

Bu həftə baş tutan qarşılaşmalarda başqa tarixi rekordlar da qeydə alınıb. Belə ki, İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.

İspaniyanın “Atletiko” klubu doğma meydanda Niderland təmsilçisi “Feyenoord” önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıb. İlk dəfə 2020-ci ildə “Zalsburq”la (Avstriya) matç eyni ssenari ilə keçib.

“Feyenoord”la qarşılaşmada “Atletiko”nun hücumçusu Alvaro Morata dubla imza ataraq, Çempionlar Liqasında ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.

Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. “Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: