Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, ilk dövrənin son turu çərçivəsində üz-üzə gələcək əzəli rəqiblər – “Neftçi” ilə “Qarabağ”ın dueli Rəşad Əhmədova tapşırılıb.
İlk oyun günündə baş tutacaq “Zirə” – “Turan Tovuz” oyununda İnqilab Məmmədov söz sahibi olacaq.
Şənbə günü baş tutacaq “Qəbələ” – “Səbail” oyunu Rəvan Həmzəzadəyə, “Sabah” – “Araz-Naxçıvan” görüşü Rauf Cabarova tapşırılıb. “Sumqayıt” – “Kəpəz” matçında isə Emin Əliyev söz sahibi olacaq.
Premyer Liqa
9-cu tur
6 oktyabr
18:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.
7 oktyabr
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.
18:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
8 oktyabr
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena”.
19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”.


