Super Liqa: “Trabzonspor” uduzdu, “Alanyaspor” qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin sonadək ehtiyatda qaldığı oyunda komandası “Adana Dəmirspor” evdə “Trabzonspor”u tək cavabsız qolla məğlub edib.

Üç qolun qeydə alındığı “Alanyaspor” – “Fatih Karagümrük” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
8-ci tur
6 oktyabr

Adana Dəmirspor – Trabzonspor 1:0
Qol: Nani, 29.

Alanyaspor – Fatih Karagümrük 2:1
Qollar: K.Eduardo, 18. O.Aydın, 83 – G.Yalçın, 90.

7 oktyabr

14:30. Pendikspor – Sivasspor
17:00. Ankaragücü – Kayserispor
20:00. Antalyaspor – Qalatasaray
20:00. Başakşəhər – Qaziantep

8 oktyabr

14:30. Rizəspor – Samsunspor
17:00. Beşiktaş – İstanbulspor
20:00. Hatayspor – Konyaspor
20:00. Kasımpaşa – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: