Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Leypsiq” – “Bohum” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Auqsburq” – “Darmştadt” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. Beş qolluq “Verder” – “Hoffenhaym” oyununda da qonaqlar 3 xal qazanıblar.
“Ştutqart” doğma meydanda “Volfsburq” üzərində inamlı qələbəyə sevinib və bir günlük də olsa, vahid liderə çevrilib. Dortmund “Borussiya”sı da “Union Berlin”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Xatırladaq ki, 7-ci tura bazar günü baş tutacaq 3 oyunla yekun vurulacaq.
Almaniya, Bundesliqa
7-ci tur
6 oktyabr
Borussiya (Mönhenqladbah) – Maynts 2:2
Qollar: Noyhaus, 22. Skalli, 88 – Qruda, 24. Barkok, 75.
7 oktyabr
Auqsburq – Darmştadt 1:2
Qollar: Demiroviç, 86 – Skarke, 52. Kempe, 70-pen.
Borussiya (Dortmund) – Union Berlin 4:2
Qollar: Füllkruq, 7. Şlotterbek, 49. Brandt, 54. Ryerson, 71 – Qosens, 9. Bonuççi, 31.
Leypsiq – Bohum 0:0
Ştutqart – Volfsburq 3:1
Qollar: Jirassi, 67-pen; 78; 82 – Gerhardt, 34.
Verder – Hoffenhaym 2:3
Qollar: Şmid, 17. Ştage, 90+1 – Beyer, 8. Promel, 29. Bulter, 90+2.
8 oktyabr
17:30. Bayer – Köln
19:30. Bayern – Frayburq
21:30. Ayntraxt – Haydenhaym


