Premyer Liqa: “Kəpəz” “Sumqayıt”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.

Burada Sumqayıtın eyniadlı təmsilçisi “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Gəncə təmsilçisi isə növbəti məğlubiyyətlə sonuncu pillədəki mövqeyində qalıb.

Turun və ilk dövrənin son qarşılaşmasında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gələcək. Bu oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, daha öncə baş tutan oyunlarda “Zirə” “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlmişdisə, “Qəbələ” evdə “Səbail”ə uduzmuşdu – 0:1. “Sabah” – “Araz-Naxçıvan” matçı da bərabərliklə yekunlaşmışdı – 1:1.

Premyer Liqa
9-cu tur
8 oktyabr

“Sumqayıt” – “Kəpəz” 1:0
Qol: Roi Kehat, 62.
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Sumqayıt Arena”, 16:30.

Sumqayıt: 15. Orxan Sadıqlı 6. Vüqar Mustafayev (k) 14. Elvin Bədəlov 7. Rövlan Muradov 17. Murad Xaçayev 19. Roi Kehat 58. Oktavio Manteka 4. İsa Suliman 10. Kamran Aliev 9. Erik Sorqa 71. Masaki Murata.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 32. Murad Ağamalıyev 30. Kamran Quliyev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 11. Kasimir Ninqa 12. Abu Doss 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.

Kəpəz: 12. Kamran İbrahimov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 14. Elçin Əlicanov 4. Vüsal Məsimov 8. Elmir Tağıyev 91. Latir Fal 9. Mate Kvirkviya 78. Yeqor Xvalko (k) 21. Martins Junior 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek 3. Vurğun Hüseynov 10. Tural Rzayev 11. Elnur Cəfərov 88. Şakir Seyidov 22. Rüfət Əhmədov 15. Cavad Kərimov.
Baş məşqçi: Azər Məmmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: