Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Rizəspor” doğma meydanda “Samsunspor”a, “Beşiktaş” “İstanbulspor”a, “Hatayspor” isə “Konyaspor”a qalib gəlib. Hataylıların inamlı qələbəsində azərbaycanlı hücumçu Renat Dadaşovun dublu xüsusi rol oynayıb.
Səfərdə “Kasımpaşa” ilə qarşılaşan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub. İtkisiz irəliləyən və ardıcıl 8-ci qələbəsini qazanan İstanbul təmsilçisi hazırda 24 xalla vahid liderdir. İstanbulun digər nəhəngi, son çempion “Qalatasaray” 22 xalla ikinci pillədə qərarlaşıb. “Adana Dəmirspor” 17 xalla üçüncü, “Beşiktaş” 16 xalla dördüncü, “Hatayspor” 14 xalla beşincidir.
“Rizəspor” 14, “Trabzonspor” və “Kasımpaşa” 12, “Sivasspor”, “Kayserispor” və “Alanyaspor” 10 xal toplayıblar.
Türkiyə, Super Liqa
8-ci tur
6 oktyabr
Adana Dəmirspor – Trabzonspor 1:0
Qol: Nani, 29.
Alanyaspor – Fatih Karagümrük 2:1
Qollar: K.Eduardo, 18. O.Aydın, 83 – G.Yalçın, 90.
7 oktyabr
Pendikspor – Sivasspor 2:3
Qollar: E.Yardımcı, 68. G.Kaya, 74 – Barrou, 4. Manay, 57. Appindanqoye, 76.
Ankaragücü – Kayserispor 3:0
Qollar: Q.Rodriqes, 49. Bayiç, 52. Maçeda, 89.
Antalyaspor – Qalatasaray 0:2
Qollar: D.Sançes, 58. İkardi, 86.
Başakşəhər – Qaziantep 2:0
Qollar: Opoku, 3. Djilobodji, 36-öz qapısına.
8 oktyabr
Rizəspor – Samsunspor 1:0
Qol: B.Keser, 80.
Beşiktaş – İstanbulspor 2:0
Qollar: Abubakar, 6. Gezzal, 90.
Hatayspor – Konyaspor 3:1
Qollar: R.Dadaşov, 22-pen; 53. Strandberq, 83 – Prip, 32.
Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Dzeko, 6. Tadiç, 45+3-pen.


