AÇ-2024: Türkiyənin Xorvatiya, Şotlandiyanın İspaniya sınağı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 7-cı tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup (A, D, E və İ qrupları) üzrə 8 qarşılaşma baş tutacaq.

Daha bir oyun – İsrail və İsveçrə yığmalarının oyunu isə təxirə salınıb. Bu qarşılaşma noyabrın 15-də keçiriləcək. Oyunun təxirə salınması İsrail və Fələstin arasındakı müharibə ilə bağlıdır.

A qrupunda İspaniya və Şotlandiya yığmalarının oyunu böyük maraqla gözlənilir. Xalsız olan qrup sonuncusu Kipr isə nəhayət bu turda Norveçi büdrətməyə çalışacaq.

D qrupunda Xorvatiya və Türkiyə yığmalarının liderlik uğrunda ölüm-dirim savaşına çıxması gözlənilir. Latviya yığması isə Ermənistanı qəbul edəcək.

E qrupunda Albaniya Çexiyanı, Farer adaları Polşanı sınağa çəkəcək.

İ qrupunda Andorra – Kosovo və Belarus – Rumıniya görüşləri baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 7-ci tur
12 oktyabr

A qrupu

22:45. İspaniya – Şotlandiya
22:45. Kipr – Norveç

Xal: Şotlandiya – 15. İspaniya – 9. Norveç – 7. Gürcüstan – 4. Kipr – 0.

D qrupu

22:45. Xorvatiya – Türkiyə
20:00. Latviya – Ermənistan

Xal: Xorvatiya – 10. Türkiyə – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 0.

E qrupu

22:45. Albaniya – Çexiya
22:45. Farer adaları – Polşa

Xal: Albaniya – 10. Çexiya – 8. Moldova – 8. Polşa – 6. Farer adaları – 1.

İ qrupu

22:45. Andorra – Kosovo
22:45. Belarus – Rumıniya

Xal: İsveçrə – 14. Rumıniya – 12. İsrail – 11. Belarus – 4. Kosovo – 4. Andorra – 2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: