“Mançester Yunayted”in sabiq hücumçusu Alan Brezil “qırmızı şeytanlar”ın paltardəyişmə otağından məlumat paylaşıb.
Arena.az bu barədə “talkSPORT” dərgisinə istinadən məlumat verir:
“Mən bunu çox yaxşı tanıdığım birinə demiş “Mançester Yunayted” oyunçusundan eşitmişəm. O, futbolçuların məşqçini qəbul etmədiyini bildirib. Ondan heç xoşlanmırlar. Ümumi konsensus ondan ibarətdir ki, onlar onun Ronaldo ilə rəftarından qəzəblidirlər. Onlar həm də deyirlər ki, Sanço yorulmadan çalışan əla oğlandır”, deyə Brezil bildirib.
Xatırladaq ki, gözlənilənlərin əksinə olaraq Erik ten Haqın rəhbərliyi altında komanda cari mövsümə uğursuz başlayıb. “Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 8 oyundan 4 qələbə qazansalar da, 4 oyunda da məğlub olublar və hazırda 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıblar. Həmçinin Mançester təmsilçisi UEFA Çempionlar Liqasında “Bayern”ə (3:4) və “Qalatasaray”a (2:3) məğlub olub və A qrupunda sonuncu pillədə qərarlaşıb.


