Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 6-cı sınağında Avstriya yığmasını qəbul edib.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Yunanıstandan olan FIFA referisi Aristotelis Diamantopulos idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı F qrupundakı ilk matçını səfərdə Avstriya yığmasına qarşı keçirmiş və 1:4 hesabıyla uduzmuşdu. İsveçlə səfər (0:5), Belçika ilə ev (0:1) oyunları da yığmamızın məğlubiyyəti ilə bitib. Komandamız bu tsikldə yalnız Estoniya ilə oyunlarda xal qazana bilib. Bakıda bu rəqiblə heç-heçəyə (1:1) razılaşan millimiz üç gün öncə Tallində estonlara 2:0 hesabıyla qalib gəlib.
Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla F qrupunda 2-ci pillədə qərarlaşıb. Bu üzdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialıdır. Avstriyalılar üç gün öncə doğma meydanda lider Belçikadan aldıqları məğlubiyyəti məhz millimizlə oyunda unutdurmağa çalışacaqlar. Amma millimiz də Estoniyada qazandığı uğurun davamını gətirmək üçün yaxşı şansa malikdir.
Bu gün yığmamızın qrupunda Belçika – İsveç oyunu da baş tutacaq.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
17 oktyabr
20:00. Azərbaycan – Avstriya
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakinin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas
Dördüncü hakim: Anastasios Papapetru
VAR: Angelos Evangelu
AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Belçika – 16. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.


