Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, əslində bu tura ötən gün “İmişli” – “İrəvan” oyunu ilə start verilməli idi.
Amma lider “İrəvan”ın futbolçuları bu oyuna getməkdən imtina etdikləri üçün qarşılaşma baş tutmamışdı.
Bu gün isə üç oyun baş tutub. Əvvəlki oyunlarının hamısından məğlub ayrılmış “Araz Saatlı” nəhayət ki, uğursuz gedişata son qoyub. Yeni baş məşqçiyə tapşırılan Saatlı təmsilçisi “Difai Ağsu” ilə ev oyununda darmadağına sevinib.
Üç qolun qeydə alındığı “Qaradağ Lökbatan” – “Zaqatala” matçında meydan sahibləri qələbə qazanıblar.
“Karvan” isə MOİK-lə ev oyununda darmadağına üzülüb.
Birinci Liqa
5-ci tur
18 oktyabr
“İmişli” – “İrəvan” oyunu baş tutmayıb
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
İmişli şəhər stadionu, 15:00.
19 oktyabr
“Qaradağ Lökbatan” – “Zaqatala” 2:1
Qollar: Ürfan İsmayılov, 54. Mehdi Tahirov, 81 – Uoren Lloyd, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Araz Saatlı” – “Difai Ağsu” 5:2
Qollar: İlkin Əliyev, 62. Kamran Həsənzadə, 69. Elşan Sabbaği, 75. Şamil Abdullayev, 84. Oqtay Məmmədov, 90+5 – Rəhman Quliyev, 26. Ramin Süleymanov, 78.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Saatlı OİK stadionu, 15:00.
“Karvan” – MOİK 0:3
Qollar: Elmir Rəhimzadə, 8; 31. Xəyal Bədirov, 85.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yevlax şəhər stadionu, 15:30.
20 oktyabr
“Şamaxı” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.


