Premyer Liqa təmsilçisi “Brayton” komandanın yapon sol vingeri Kaoru Mitoma ilə yeni müqavilə imzaladığını rəsmən elan edib.
Arena.az “Brayton”un tmətbuat xidmətinə istinadən komandanın texniki direktoru Devid Veyrin bu barədə sözlərini diqqətinizə çatdırır:
“Kaoru çaplı oyunçunun uzun müddət bizimlə qalacağına zəmanət fantastik xəbərdir. Kaoru ötən mövsüm Premyer Liqaya uyğunlaşdı və tez bir zamanda ən vacib oyunçularımızdan birinə çevrildi. Onun uğuru həm də seçimində rol oynayan, ona icarəsində mühüm təcrübə qazanmağa və nəticədə Robertonun əsas komandasının vacib hissəsinə çevrilməsinə kömək edən şöbələrin əksidir. Şübhə etmirəm ki, azarkeşlərimiz bu xəbərdən çox sevinəcəklər”, deyə Veyr bildirib.
Mitoma ilə “Brayton” arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Yapon vinger “Brayton”un heyətində 2021-ci ilin avqustundan çıxış edir. İngilis klubu Mitomanı Belçikanın “Yunion Sent-Jilluaz” klubundan icarələmişdi.
Ümumilikdə Mitoma “qağayılar”ın heəytində 52 oyuna çıxıb, 13 qol vurub, 12 məhsuldar ötürmə verib.
Kaoru Mitoma 2021-ci ilin noyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 18 oyuna 7 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Kaoru Mitomanı 50 milyon avro məbləğində qiymətləndirir.


