“Gəncə” daha bir rus legioner transfer etdi

2023/2024 mövsümündə qadın voleybolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Gəncə” daha bir yeni oyunçu transfer edib.

Arena.az xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisi rusiyalı libero Vitalina Andreyanenkova ilə güclənib.

Tərəflər arasında bir illik müqavilə imzalanıb. Voleybolçu ötən mövsümü Rusiyanın “Tulitsa” komandasında keçirib.

Xatırladaq ki, “Gəncə” daha əvvəl Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: