Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Frayburq” – “Bohum” matçında meydan sahibləri qələbə qazanıblar. Günün qalan görüşlərinin hamısı qonaqların qələbəsiylə yekunlaşıb. “Darmştadt” “Leypsiq”ə, “Hoffenhaym” “Ayntraxt”a, “Union Berlin” “Ştutqart”a uduzub.
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan lider “Bayer” bu dəfə “Volfsburq”la səfər oyunundan qalib ayrılmaqla zirvədəki mövqeyini qoruyub. Son çempionu “Bayern” isə “Maynts”la səfər oyunundan qalib ayrılıb.
8-ci turun qalan iki oyunu bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
8-ci tur
20 oktyabr
Borussiya (Dortmund) – Verder 1:0
Qol: Brandt, 67.
21 oktyabr
Darmştadt – Leypsiq 1:3
Qollar: Kempe, 32-pen – Openda, 1; 72. Forsberq, 24.
Frayburq – Bohum 2:1
Qollar: Doan, 26. Qrifo, 45+2-pen – Pasiensia, 15.
Hoffenhaym – Ayntraxt 1:3
Qollar: Beyer, 3 – Marmuş, 11. Knauff, 23. Sxiri, 45+3.
Union Berlin – Ştutqart 0:3
Qollar: Jirassi, 16. Silas, 81. Undav, 88.
Volfsburq – Bayer 1:2
Qollar: Lakrua, 41 – Frimponq, 13. Qrimaldo, 62.
Maynts – Bayern 1:3
Qollar: Kasi, 43 – Koman, 11. Keyn, 16. Qoretska, 59.
22 oktyabr
17:30. Köln – Borussiya (Mönhenqladbah)
19:30. Haydenhaym – Auqsburq


