Bundesliqa: “Borussiya” uduzdu, “Auqsburq” qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Köln” doğma meydanda Mönhenqladbah “Borussiya”sı üzərində inamlı qələbəyə sevinib. Yeddi qolun qeydə alındığı “Haydenhaym” – “Auqsburq” matçında isə qonaqlar darmadağına seviniblər.

Beləliklə, 8 turdan sonra 22 xala malik “Bayer” vahid liderdir. “Ştutqart” 21 xalla ikinci, “Bayern” isə 20 xalla üçüncü sırada qərarlaşıb. Dortmund “Borussiya”sının da 20 xalı var. “Leypsiq” 17, “Hoffenhaym” 15, “Ayntraxt” və “Frayburq” 13, “Volfsburq” 12, “Auqsburq” 8, “Haydenhaym” və “Darmştadt” 7, Mönhenqladbah “Borussiya”sı, “Verder” və “Union Berlin” 6 xal toplayıb.

Almaniya, Bundesliqa
8-ci tur
20 oktyabr

Borussiya (Dortmund) – Verder 1:0
Qol: Brandt, 67.

21 oktyabr

Darmştadt – Leypsiq 1:3
Qollar: Kempe, 32-pen – Openda, 1; 72. Forsberq, 24.

Frayburq – Bohum 2:1
Qollar: Doan, 26. Qrifo, 45+2-pen – Pasiensia, 15.

Hoffenhaym – Ayntraxt 1:3
Qollar: Beyer, 3 – Marmuş, 11. Knauff, 23. Sxiri, 45+3.

Union Berlin – Ştutqart 0:3
Qollar: Jirassi, 16. Silas, 81. Undav, 88.

Volfsburq – Bayer 1:2
Qollar: Lakrua, 41 – Frimponq, 13. Qrimaldo, 62.

Maynts – Bayern 1:3
Qollar: Kasi, 43 – Koman, 11. Keyn, 16. Qoretska, 59.

22 oktyabr

Köln – Borussiya (Mönhenqladbah) 3:1
Qollar: Kaynts, 9-pen; 76-pen. Valdşmit, 90 – Elvedi, 63.

Haydenhaym – Auqsburq 2:5
Qollar: Klayndinst, 17. Beste, 18 – Tits, 29. Pedersen, 41. Demiroviç, 42. Uduokai, 64. Rexbeçay, 87-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: