Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Samsunspor” – “Başakşəhər” matçında qapılara qol vurulmayıb. “Sivasspor” doğma meydanda “Kasımpaşa”ya tək qolla uduzub. Üç qolun qeydə alındığı “İstanbulspor” – “Ankaragücü” matçında isə meydan sahibləri qalib gəliblər.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Hatayspor” isə səfərdə “Fənərbaxça”ya uduzub.
9-cu turun qalan görüşləri sabah keçiriləcək.
Türkiyə, Super Liqa
9-cu tur
21 oktyabr
Kayserispor – Rizəspor 3:1
Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.
Qaziantep – Antalyaspor 1:0
Qol: Nkulu, 71.
Konyaspor – Pendikspor 1:2
Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.
Qalatasaray – Beşiktaş 2:1
Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.
22 oktyabr
Sivasspor – Kasımpaşa 0:1
Qol: İ.Qomis, 53.
İstanbulspor – Ankaragücü 2:1
Qollar: Traore, 12. E.Gültəkin, 62 – T.Cigerci, 24-pen.
Fənərbaxça – Hatayspor 4:2
Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.
Samsunspor – Başakşəhər 0:0
23 oktyabr
21:00. Fatih Karagümrük – Adana Dəmirspor
21:00. Trabzonspor – Alanyaspor


