Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə qrup mərhələsinin 3-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutacaq.
E qrupunda “Feyenoord” “Latsio”nu, “Seltik” isə Madrid “Atletiko”sunu qəbul edəcək.
F qrupunda “Nyukasl” doğma meydanda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. Maraqlı görüşlərdən biri Parisdə PSJ ilə “Milan” arasında keçiriləcək.
G qrupunda UEFA Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti” evdə “Yanq Boyz”la münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyunu “Leypsiq”lə “Srvena Zvezda” arasında baş tutacaq.
H qrupunda “Barselona” Donetsk “Şaxtyor”unu qəbul edəcək. Digər oyun “Antverpen”lə “Portu” arasında baş tutacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
25 oktyabr
E qrupu
20:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
23:00. “Seltik” (Şotlandiya) – “Atletiko” (Madrid, İspaniya)
Xal: Atletiko – 4. Latsio – 4. Feyenoord – 3. Seltik – 0.
F qrupu
23:00. “Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. PSJ (Fransa) – “Milan” (İtaliya)
Xal: Nyukasl – 4. PSJ – 3. Milan – 2. Borussiya – 1.
G qrupu
23:00. “Leypsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)
Xal: Mançester Siti – 6. Leypsiq – 3. Yanq Boyz – 1. Srvena Zvezda – 1.
H qrupu
20:45. “Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Antverpen” (Belçika) – “Portu” (Portuqaliya)
Xal: Barselona – 6. Portu – 3. Şaxtyor – 3. Antverpen – 0.


