Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutub.
E qrupunda “Feyenoord” “Latsio”nu, “Seltik” isə Madrid “Atletiko”sunu qəbul edib. Niderland klubunun inamlı qələbəyə sevindiyi gündə İspaniya nəhəngi Şotlandiyada xal itirib.
F qrupunda “Nyukasl” doğma meydanda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib və minimal hesabla uduzub. Maraqlı görüşlərdən biri Parisdə PSJ ilə “Milan” arasında keçirilib. İtaliya nəhəngi Fransa çempionu ilə görüşdə 3 cavabsız qola üzülüb.
G qrupunda UEFA Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti” “Yanq Boyz”un qonağı olub və inamlı qələbə qazanıb. Qrupun digər oyunu “Leypsiq”lə “Srvena Zvezda” arasında baş tutub. Bu görüşdə də Almaniya təmsilçisi inamlı qələbəni bayram edib.
H qrupunda “Barselona” Donetsk “Şaxtyor”u ilə ev oyunundan qalib ayrılıb. Digər oyun “Antverpen”lə “Portu” arasında baş tutub. Portuqaliya nəhəngi səfərdə darmadağına imza atıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
25 oktyabr
E qrupu
“Feyenoord” (Niderland) – “Latsio” (İtaliya) 3:1
Qollar: S.Ximenes, 31; 74. Zerruki, 45+2 – Pedro, 83-pen.
“Seltik” (Şotlandiya) – “Atletiko” (Madrid, İspaniya) 2:2
Qollar: Furuhaşi, 4. Palma, 28 – Qrizman, 25. Morata, 53.
Xal: Feyenoord – 6. Atletiko – 5. Latsio – 4. Seltik – 1.
F qrupu
“Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Nmeça, 45.
PSJ (Fransa) – “Milan” (İtaliya) 3:0
Qollar: Mbappe, 32. Muani, 53. Li Kanq, 89.
Xal: PSJ – 6. Borussiya – 4. Nyukasl – 4. Milan – 2.
G qrupu
“Leypsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya) 3:1
Qollar: Raum, 12. Simons, 59. Olmo, 84 – Stameniç, 70.
“Yanq Boyz” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 1:3
Qollar: Elia, 52 – Akanji, 48. Haland, 67-pen; 86.
Xal: Mançester Siti – 9. Leypsiq – 6. Yanq Boyz – 1. Srvena Zvezda – 1.
H qrupu
“Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1
Qollar: F.Torres, 28. F.Lopes, 36 – Sudakov, 62.
“Antverpen” (Belçika) – “Portu” (Portuqaliya) 1:4
Qollar: A.Yusuf, 37 – Evanilson, 46; 69; 84. Eustakio, 54.
Xal: Barselona – 9. Portu – 6. Şaxtyor – 3. Antverpen – 0.


