Stefano Pioli “Milan”ın ÇL-də biabırçı məğlubiyyətini şərh etdi

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur oyununda PSJ-yə məğlubiyyətini (0:3) şərh edib.

Arena.az “Football Italia” nəşrinə istinadən Piolinin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, 60 dəqiqə ərzində PSJ-dən daha yaxşı oynadıq. Oyunçularımı davranışlarına görə təqsirləndirə bilmərəm – PSJ texniki səviyyədə daha yaxşı çıxış etdi.

Biz, əlbəttə, daha çox şeyə nail ola bilərik, amma indi ən kiçik səhvə görə cəzalandırılırıq. Bu, daha yaxşı çıxış etməyimiz üçün ilham olmalıdır, çünki İtaliyadakı ən yaxşı oyunlardakı kimi, rəqabət səviyyəsi çox yüksəkdir. Amma bizim daha çox şeyə nail olmaq imkanımız var”, deyə Stefano Pioli vurğulayıb.

Xatırladaq ki, “Milan” PSJ-yə məğlub olmaqla parislilərin 6 xalla “F” qrupunda liderliyi ələ keçirməsinə imkan verib. İtaliya nəhənginin özü isə indi 2 xalla qrupun autsayderidir. 2-ci və 3-cü yerlərdə 4 xalla müvafiq olaraq Dortmund “Borussiya”sı və “Nyukasl” qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: