DÇ-2023: Azərbaycan millisi startda İraqla qarşılaşır

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz startda İraq yığması ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xatırladaq ki, DÇ-2023-ün G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə də qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: