Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz qrup mərhələsinin 3-cü turu çərçivəsində Farer adaları ilə qarşılaşacaq.
Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir. Qrupun digər oyununda bu gün Kipr Monteneqronu qəbul edəcək.
Komandamız qrupdakı növbəti matçını oktyabrın 31-də Monteneqro millisinə qarşı keçirəcək. Bu matç Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
27 oktyabr
Farer adaları – Azərbaycan
Baş hakim: Yelena Yermolayeva
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaqa
Dördüncü hakim: Darja Voytehoviça
(Hakimlər briqadası Latviyadandır).
Klaksvik. “Djupumyru” stadionu. Saat 17:00.


