FIFA Şurasının üzvü: “Bu adamlara yazığım gəlir”

FIFA şurasının üzvü Evelina Kristillin bir neçə italyan futbolçunun mərc oyunlarına aludəçiliyi ilə bağlı qalmaqala dair şərh verib.

Arena.az xəbər verir ki, Kristillin məlum qalmaqalın əsas fuquru olan Nikolo Facoliyə dəstək nümayiş etdirib:

“Bu adamlara yazığım gəlir. Onlar çox gəncdirlər və həyatda zəif yönümlüdürlər. Ümidvaram, hər şey onların xeyrinə olacaq, çünki qumar aludəçiliyi bir xəstəlikdir. Onları müalicə etmək lazımdır. Düşünmürəm ki, bu, daha geniş mənada, futbol dünyasını pozur. Mən Nikolo Facoliyə dəstək sözlərini bildirmək istəyirəm, çünki o, çətin anlar yaşayır. Bir ana kimi onun sağalaraq bizə qayıtmasını söyləmək istəyirəm”, deyə Evelina Kristillin bildirib.

Xatırladaq ki, daha əvvəl qəbul edilmiş məhkəmə qərarı əsasında Facoli 7 aylığa futboldan kənarlaşdırılıb. İtalyan yarımmüdafiəçinin agenti Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf edib. Facolinin bu iş üzrə qumarbazlıqda ittiham edilən və şübhəli bilinən futbolçuların istintaqında əlaqədar orqanlarla əməkdaşlıq etdiyi də vurğulanır. Məhz bunun sayəsində Facolinin daha ağır cəzadan – bir neçə illik diskvalifikasiyadan qurtulduğu bildirilir.

Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb. Facolinin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 45 oyun keçirib, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.
Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 50 dəqiqə keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Nikolo Facolinin 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: