Bundesliqa: “Bayern” 8, “Leypsiq” 6 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

Mönhenqladbah “Borussiya”sı “Haydenhaym”ı, “Auqsburq” “Volfsburq”u, “Verder” də “Union Berlin”i məğlub yola salıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Hoffenhaym” matçında qonaqlar qalib gəliblər.

Son çempion “Bayern” doğma meydanda “Darmştadt”a yalnız ikinci hissədə vurduğu 8 cavabsız qolla qalib gəlib. “Leypsiq” də evdə “Köln”ü 6 cavabsız qolla məğlub edib.

9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
9-cu tur
27 oktyabr

Bohum – Maynts 2:2
Qollar: Stoger, 21-pen. Şlotterbek, 82 – Şlotterbek, 59-öz qapısına. Krauss, 90+6.

28 oktyabr

Auqsburq – Volfsburq 3:2
Qollar: Tiets, 17. Bornau, 79-öz qapısına. Engels, 81 – Vind, 35. Mayer, 45-pen.

Borussiya (Mönhenqladbah) – Haydenhaym 2:1
Qollar: Plea, 4. Fohrenbax, 51-öz qapısına – Dinkci, 38.

Bayern – Darmştadt 8:0
Qollar: Keyn, 51; 69; 88. Sane, 56; 64. Musiala, 60; 76. Müller, 71.

Ştutqart – Hoffenhaym 2:3
Qollar: Fuhrix, 61. Undav, 74 – Promel, 5. Veqorst, 21-pen. Skov, 66.

Verder – Union Berlin 2:0
Qollar: Knoçe, 38-öz qapısına. Dukş, 75.

Leypsiq – Köln 6:0
Qollar: Verner, 15-pen. Openda, 40; 45+3. Raum, 43. Şeşko, 88. Baumqartner, 90+1.

29 oktyabr

18:30. Ayntraxt – Borussiya (Dortmund)
20:30. Bayer – Frayburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: