DÇ-2023: Millimiz Misirə qalib gəldi, qrupdan çıxdı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz ikinci oyununda Misir yığması ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 18:30-da start verilmiş qarşılaşma yığmamız üçün uğurlu alınıb. Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını dubla imza atan Rəvan Kərimov, eləcə də Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Beləliklə, millimiz ardıcık iki qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edib.

Xatırladaq ki, G qrupunda yer alan Azərbaycan millisi ilk oyununda İraqla qarşılaşmış və 2:0 hesabıyla qalib gəlmişdi. Misir yığması da ilk turda Küveyti eyni hesabla üstələmişdi.

Bu gün baş tutan digər oyunda İraq və Küveyt yığmaları heç-heçəyə razılaşıblar – 5:5.

Yığmamız qrup mərhələsinin son turu çərçivəsində oktyabrın 31-də Küveytlə qarşılaşacaq.

DÇ-2023
G qrupu
29 oktyabr

Azərbaycan – Misir 4:1
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xallar: Azərbaycan – 6. Misir – 3. Küveyt – 1. İraq – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: