Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Bayer” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Leverkuzen klubu Almaniya Bundesliqasının 9-cu turu çərçivəsində “Frayburq”la qarşılaşıb.
Doğma meydanda baş tutan qarşılaşma “Qarabağ”ın rəqibinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Leverkuzenlilərin heyətində Florian Virts (36) və Yonas Hofman (60) fərqləniblər.
“Bayer” Almaniya Bundesliqasında 9 turdan sonra 25 xalla vahid liderdir.
Leverkuzen təmsilçisi Bundesliqada növbəti matçını oktyabrın 4-də səfərdə “Hoffenhaym”a qarşı keçirəcək. Buna qədər isə Almaniya Kuboku çərçivəsində “Sandhauzen”lə görüş baş tutacaq. Bu oyun noyabrın 1-nə təsadüf edəcək.
Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutub və meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.


