Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 11-ci turu tamaşaçı sayında yeni rekordla əlamətdar olub.

Arena.az xəbər verir ki, 11-ci turun 5 oyununu ümumilikdə 13750 izləyici seyr edib. Orta göstərici 2750-yə bərabər olub.

“Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə ilə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” – “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub – müvafiq olaraq 800 və 1350.

Bu, cari mövsüm üçün yeni rekorddur. Buna qədər ən çox tamaşaçı 6-cı turda qeydə alınmışdı – 10950.

11-ci turun göstəricisi həm də 2023-cü ilin rekordudur. Ötən mövsümün ikinci yarısında da belə rəqəmə təsadüf olunmayıb.

Xatıradaq ki, Azərbaycan Premyer Liqasında ötən mövsüm yalnız bir dəfə – 19-cu turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçı 15500 izləyici seyr edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: