Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda aparılan müzakirələrdən sonra Birinci Liqanın 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zaqatala” – “Araz Saatlı” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
“Difai Ağsu” – “İmişli” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax klubu 70 manat cərimə edilib. “Karvan”ın futbolçusu Akif Tağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Karvan”ın futbolçusu Anqenor Qnapi ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən qonaq klubun ehtiyat skamyası istiqamətində kənar əşya atıldığına görə Yevlax klubu 80 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyununda MOİK-in futbolçusu Samir İbrahimov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.


