DÇ-2023: Azərbaycan millisi Portuqaliyaya qarşı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 1/8 final mərhələsi çərçivəsində Portuqaliya yığması ilə üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılıb. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəliblər.

DÇ-2023
1/8 final
1 noyabr

18:30. Azərbaycan – Portuqaliya
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaş: