DÇ-2023: Azərbaycan millisi Portuqaliyaya 3 qolla qalib gəldi

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz 1/8 final mərhələsi çərçivəsində Portuqaliya yığması ilə üz-üzə gəlib.

Bu qarşılaşma da milli komandamız üçün uğurlu alınıb. Belə ki, futbolçularımız rəqib qapısından 3 cavabsız qol keçirməklə 1/4 finala yüksəliblər. Yığmamızın heyətində ilk qolu 30-cu dəqiqədə Mirmehdi Rzayev vurub. 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqlənməklə hesabı darmadağın həddinə çatdırıblar.

Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılıb. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəliblər.

DÇ-2023
1/8 final
1 noyabr

Azərbaycan – Portuqaliya 3:0
BƏƏ. Ras Əl-Xayma şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaş: