“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq özünün “Mançester Yunayted”dəki gələcəyi haqda danışıb.
Arena.az xəbər verir ki, holland mütəxəssis “Mançester Yunayted”in İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”a 0:3 hesabı məğlubiyyətindən sonra, ona ünvanlanmış müvafiq sualı belə cavablayıb:
“Mən döyüşçüyəm. Hazırda pis vəziyyətdəyik. Mən məsuliyyəti öz üzərimə götürürəm, amma bunu bir çağırış kimi görürəm. Oyunçularımla birlikdə qalmalı və birlikdə mübarizə aparmalıyam. Əminəm ki, mən bunu bacararam”, deyə Ten Haq bildirib
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı holland mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu qazandırıb.
Ten Haq “Mançester Yunayted”in sükanı arxasında 77 oyunda 49 qələbə qazanıb, 20 oyunda məğlub olub, 8 oyundan isə sülhlə ayrılıb.


