Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turu “Zəfər turu” elan edilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
PFL qələbəmizin 3-cü ildönümü münasibətilə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, 12-ci turun qarşılaşmaları 3-5 noyabr aralığında keçiriləcək.
Premyer Liqa
12-ci tur
3 noyabr
“Səbail” – “Turan Tovuz”
Bakı. “ASCO Arena”, 19:00.
4 noyabr
“Kəpəz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 15:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
“Sumqayıt Arena”, 18:00.
5 noyabr
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 16:00.
“Sabah” – “Zirə”
“Masazır Arena”, 18:30.


