Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) “Zəfər turu” adı verilən 12-ci turun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, tura sabah keçiriləcək “Səbail” – “Turan Tovuz” oyunu ilə start veriləcək. Açılış matçını Kamranbəy Rəhimov idarə edəcək.
Noyabrın 4-də iki qarşılaşma baş tutacaq. “Qarabağ” – “Kəpəz” matçında Emin Əliyev fit çalacaq. “Sumqayıt” – “Araz-Naxçıvan” matçında isə Elçin Məsiyev söz sahibi olacaq.
Qalan iki oyun bazar gününə təsadüf edəcək. “Qəbələ” – “Neftçi” oyunu Kamal Umudluya tapşırılıb. “Sabah” – “Zirə” matçı isə Tural Qurbanova həvalə olunub.
Premyer Liqa
“Zəfər turu” (12-ci tur)
3 noyabr
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bayıl Arena”, 19:00.
4 noyabr
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 18:00.
5 noyabr
“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.
“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Masazır Arena”, 18:30.


